1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.10.2018 19:56:32

Bakının Nardaran qəsəbəsinin iki sakini qanunsuz silah saxlamaqda ittiham olunur.

Turan agentliyi xəbər verir ki, son yarım ayda 10 Nardaran (Bakıdan 30 km məsafədə yerləşən şəhərətrafı qəsəbə) sakini sakini saxlanılıb, bu barədə qəsəbədəki mənbələr məlumat verib. Onlardan ikisi cinayət məsuliyyətinə cəlb edilib, digərləri inzibati qaydada həbs edilib.

Mənbənin məlumatına görə, həbslər sentyabrın 20-də keçirilən Aşura mərasimi ilə əlaqədar aparılıb, həmin gün qəsəbəyə əlavə polis qüvvələri cəlb edilib.

Polis Nardaran məscidinə girişi məhdudlaşdırıb, bu, dindarların narazılığına səbəb olub. Yerli ağsaqqallardan biri - Hatəm Cəlilov polislərin əməllərini pisləyib.

Bir neçə gün sonra o və daha bir yerli sakin Fəxrəddin Alxasov qanunsuz silah saxlamağa görə həbs ediliblər.

DİN-in 25 sentyabr üçün kriminal xronikasında deyilir ki, Sabunçu rayon 42-ci polis bölməsinin əməkdaşları Cəlilovun bağından torpağa basdırılmış, lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı ov tüfəngi, 2 ədəd də patron tapıb. F.Əlxasovun həyətindən isə lüləsi və qundağı kəsilmiş "TOZ-8" markalı tüfəng çıxıb.

Sosial şəbəkələrdə yayılmış istintaq videolarına hər ikisi silahı çoxdan tapdıqlarını və "səhlənkarlıq" edərək, polisə təhvil vermədiklərini bildiriblər. Hər ikisi 2 ilə qədər islah işləri və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Doğmalarının sözlərinə görə, həbs edilən şəxsləri təzyiq altında etirafedici ifadələr verməyə məcbur ediblər.

* Nardaranda 2015-ci il noyabrın 26-da "Müsəlman Birliyi" hərəkətatının lideri, ilahiyyatçı Taleh Bağırov və onun tərəfdarlarından ibarət qrupun həbsi ilə nəticələnən əməliyyat keçirilib. Sonrakı günlərdə Nardaranda və bütün ölkədə onlarla dindar həbs edilib, onlar müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.

Həmin vaxtdan etibarən Nardaranda faktiki olaraq fövqəladə vəziyyət davam edir, vaxtaşırı polis reydləri və yerli sakinlərin əsasən qanunsuz silah saxlama ittihamı ilə həbsləri həyata keçirilir.(Turan agentliyi)


Nardaranda iki nəfər həbs olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
     12.12.2018
    Tanınmış məşqçi millimizə gətirilə bilər - FOTO
    AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ