EURO 1,9187 NEFT 66,39
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.01.2019 17:44:58

Saat 15-də "Məhsul" stadionunda müxalifətin Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil edilmiş mitinq keçirib

Milli Şuranın yanvarın 19-da Yasamal rayonu "Məhsul" stadionunda mitinq keçirib.

Mitinqin başlıca tələblər Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, ölkədən oğurlanmış, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış korrupsiya pullarının xalqa qaytarılması idi..

Bundan öncə Müsavat Partiyasi “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə yanvarın 12-nə mitinq təyin etmişdi. Lakin Bakı şəhər İcra Hakimiyyəti mitinq keçirməyin məqsədəuyğun olmadığı cavabını verib.

Mitinqdən əvvəl bəzi fəalların saxlanması, bir çoxlarının polis idarələrinə çağırılaraq hədələnməsi ilə bağlı şikayətlər səslənib. Mitinqə qatılan müxalifət partiyaları hesab edirlər ki, hakimiyyət polisin gücündən istifadə etməklə aksiyanın kütləviliyinin qarşısını almağa çalışır.

Amma Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Rəsmilərin sözlərinə görə, “müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.

Meydana toplaşan mitinq iştirakçılarının əllərində “Bu vətən bizimdir”, “ Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Biz qalib gələcəyik” və başqa şüarlar yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları tez-tez “Azadlıq”, “Mehman Hüseynova” azadlıq şüarları səsləndirirlər.

Mitinq keçirilən zaman ərazidə internet bağlantası ilə bağlı problemlər olub. Bu səbəbdən media qurumları aksiyadan canlı bağlantı edə bilməyiblər. Bundan əvvəl də, müxalifətin mitinqləri zamanı internetlə bağlı oxşar problem yaranıb. Müxalifət qüvvələri bu problemin bilərəkdən yaradıldığını deyirlər.

Amma hökumət nümayəndələri indiyə qədər bu məsələ ilə bağlı şikayətlərə rəy verməyiblər.

Mitinqə dəvət edilənlər arasında REAL Partiyasının sədri İlqar Məmmədov nitqi zamanı deyib ki, əgər Azərbaycanda əsl cümhuriyyət olsaydı, bu gün insanlar burda toplaşmazdı. Onun sözlərinə görə, insanlar bundan da gözəl məkanlarda toplaşaraq, Azəbaycandakı demokariya ilə fəxr edərdi.

"Əgər Azərbaycanda əsl cümhuriyyət olsaydı, Milli Məclisdə Azərbaycanın tarixi problemləri, ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar. Azərbaycan son illərdə, geosiyasi rəqabətdə öz qonşularına uduzmağa başlayıb. Gürcüstandan geridəyik. Artıq Ermənistandan geridəyik. Niyə görə geriləməyə başlamışıq? Altı il əvvəl mən həbsə atılanda Azərbaycan rəhbərliyi qeyd edirdi ki, Azərbaycan Cənubi Qafqazın iqtisadiyyat baxımdan 75 faizidir. Hanı o 75 faiz? Azərbaycan iqtisadiyyatı artıq çöküşə gedir. Əgər neftə bağlılıq davam edəcəksə, bu çöküşdən çıxa bilməyəcəyik.", deyə o vurğulayıb.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları qəbul etsə də, qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. (Amerikanın səsi)


Müxalifət mitinq keçirdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Laricani: Biz nüvə sazişinə sadiqik, ABŞ sözünü tutmadı
    Əli Laricani Yaponiya təmasları çərçivəsində Baş Nazir Şinzo Abe ilə görüşüb.
     15.02.2019
    Fələstinlilərin 47-ci “Geri qayıdış” yürüşləri keçirildi: Yaralılar var - FOTO
    Aksiyalar zamanı bir İsrail hərbçisinin kəllə-beyin travması aldığı önə çəkilir
     15.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ