1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.10.2019 20:56:18

Oktyabrın 9-da Müsavat Partiyasının qərargahında bu partiyanın başqanlığına namizədlərin debatı keçirilib.

Oktyabrın 9-da Müsavat Partiyasının qərargahında bu partiyanın başqanlığına namizədlərin debatı keçirilib.

Müzakirələrdə hökumətin siyasəti tənqid olunub, daxili və xarici siyasət kurusu, Qarabağ münaqişəsinin həlli məsələsi, partiyalardaxili münasibətlər, avrointeqrasiya və islahatlar diqqət mrkəzində olub.

Debatda 3 namizəd - Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı iştirak edib.

Oktyabrın 12-də müsavat Partiyasının növbəti 9-cu qurultayı keçiriləcək. Qurultayda partiya sədrinin seçkisi olacaq. Müsavat Partiyasının 8-ci qurultayı 2014-cü ildə olub və Arif Hacılı partiya başqanı seçilib.

Arif Hacılı bildirib ki, bu debat Azərbaycan siyasətində ilk dəfə keçirilir.

"Azərbaycan hakimiyyəti çalışır ki, vətəndaşlar seçki vərdişini itirsin, biz isə əksini edirik. Müsavatçılar fəaliyyətimə bələddirlər, siyasi təcrübəm və partiyaya bağlılığım var. Məqsədim partiyanı hakim partiyası etməkdir."

Tofiq Yaqublu hesab edir ki, Müsavat Partiyası indikindən daha irəlidə olmalıdır.

"Düşünürəm partiyanın qurultayında mənə və simamda dəyişikiklərə səs verilməlidir. Özüm də bu perfomansını hiss edirəm. Həqiqi birləşməyə ehtiyac var."

Tofiq Yaqublunun fikrincə, son 5 ildə idarəçilik o qədər də ürəkaçan olmayıb və lokomotiv rolunu itirib.

"Partiya hadisələrin önündə deyil, arxasınca gedir. Bu indiki idarəçiliyin nəticəsidir. Ona görə başqan dəyişməlidir. İnsanlar görməlidir ki, partiyada dəyişikliklər mümkündür."

Yadigar Sadıqlı hesab edir ki, partiyada gənclərlə bağlı durum ürəkaçan deyil.

"Əvvəl təkcə gənclərin sayı digər partiyanın üzvlərindən artıq idi. Partiyada plüralizmlə bağlı vəziyyət də qənaətbəxş deyil. Özüm də başqan olmaq barədə fikrimi söyləyəndən sonra buna əmin oldum."

Qarabağ məsələsinə gəlincə, Tofiq Yaqublu bildirib ki, hakimiyyətdə olnəmayan partiyanın Qarabağla bağlı edə biləcəyi işlər çox azdır.

"Biz hakimiyyətə gəlib Qarabağı qaytarmaq üçün çalışmalıyıq. Hakimiyyət Qarabağ uğrunda savaş başlasa biz onun yanında olmalıyıq."

Yadigar Sadıqlı isə Azərbaycan hakimiyyətinini beynəlxalq səviyyədə imicini bərbad adlandırıb və vurğulayıb ki, Azərbaycan hərbi uğurlar qazansa belə, onu reallaşdıra bilməyəcəyik.

"Çünki insan haqları ilə bağlı vəziyyət çox pisdir. Vəzifəmiz demokratik hakimiyyət qurmaqdır və Qarabağ məsələsinsə öz hüquqlarımızı tələb etməkdir".

Bi zaman Arif Hacılı qeyd edib ki, Qarabağ məsələsi ilə bağlı Müsavat Partiyanın böyük konsepsiyası var və partiya onu hakimiyyətə təqdim edib.

"Bu problemi və digər problemi indiki vəziyyətdə həll etmək müşkül görünür. Azərbaycan hakimiyyətin Qarabağ məsələsini həll etmək istiqamətində heç bir fəaliyyəti yoxdur."

Yadigar Sadıqlı hesab edir ki, müxalifət seçkilərdə fəal şəkildə iştirak etməlidir.

"Parlament seçkilərində istər istəməz seçicilərlə görüşə bilirik və ondan istifadə etməliyik."

Tofiq Yaqublu isə hesab edir ki, partiya öncədən seçkilərdə iştirakı ilə bağlı mövqeyini səsləndirilməməlidir.

"Biz öz mövqeyimizi sonda bildirməliyik. Mühit yaxşı olsa getmək olar".

Arif Hacılı isə seçkiləri çox sevdiyini deyib.

"Hesab edirəm ki, siyasətçinin vəzifəsi seçkilərdə iştirak etməkdir. Demokratik seçkilərin keçirilməsi üçün demokratik şərait olmalıdır, amma təəssüf ki, Azərbaycanda bu yoxdur. Çalışacayıq bu seçkilərdə iştirak edib, Müsavatı parlament partiyası edək."

Arif Hacılı Müsavat Partiyanın əsas amilinin müasirlikdir və avrointeqrasiya olduğunu deyib.

"Azərbaycan NATO-nun üzvü olmalıdır."

Tofiq Yaqublu da hesab edir ki, Azərbaycanın Avropaya inteqrasiya etməlidir deyib.

"Amma böyük qonşu dövlətləri qıcıqlandırmaq da lazım deyil. Bu reallıqları nəzərə almaq lazımdır."

Yadigar Sadıqlı bildirib ki, Azərbaycan Avropanın tam hüquqlu üzv olmalıdır.

"İran və Rusiya ilə münasibətləri gərginləşdirməmək şərti ilə buna nail olmaq lazımdır".

Arif Hacılı Müsavat Partiyanın Avropada fəaliyyət göstərən 70 partiya ilə münasibət qurduğunu deyib.

"Rusiyada isə iki partiya ilə sıx əməkdaşlıq edirik. İran ərazisində də belə partiyalar var. Amma klandaxili heç kəslə əməkdaşlığı olmayan yeganə partiyayıq."

O əlavə edib ki, Müsavat Partiyasının real müxalifət partiyaları ilə münasibətləri, əməkdaşlığı normaldır və bu sahədə vəziyyət daha da yaxşılaşacaq.

Tofiq Yaqublu AXCP ilə münasibətlərə aydınlıq gətirib.

"Məni AXCP təbliğatçısı kimi təqdim edirlər. Bu doğru deyil, sadəcə mən real müxalifət onları görürəm və onlarla əməkdaşlıq etmək lazım olduğunu deyirəm. Birlik olmalıdır, mən həbs olunandan sonra hakimiyyət mənə deyirdi, birlik məsələni unut, Müsavatı hakimiyyətə gətirməklə məşğul ol, təəssüf ki, partiyada da bunu deyirlər."

Yadigar Sadıqlı isə digər partiyalarla funksional əməkdaşlıq, seçkilərdə blok şəkildə, mitinqlərdə birgə iştirak mümkün olduğunu deyib.

Maliyyə məsələsinə toxunan Arif Hacılı bildirib ki, Müsavat Partiyası heç kəsdən qrant almayıb və heç bir maliyyə fırıldağında iştirak etməyib.

"Ona görə hətta Azərbaycan hakimiyyəti partiyanı istintaqa cəlb etməyib. MSK-yə və Vergi Nazirliyinə maliyyə hesabatları veririk".

Hacılı deyib ki, partiya prezident seçkilərində onun namizədliyini irəli sürməyi vacib saysa o, namizədliyini irəli sürəcək. (Turan)


Müsavatda namizədlərin debatı keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ