Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib

Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib
Yayınlanma tarixi: 15.02.2023 11:58:33

Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib.

Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.

MN-dən "İslamazeri.com"a verilən məlumata görə, könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.

GÜNÜN MANŞETLERİ