Mübariz Qurbanlıdan bəzi məscid imamlarının istefasına münasibət

Mübariz Qurbanlıdan bəzi məscid imamlarının istefasına münasibət
Yayınlanma tarixi: 10.05.2023 11:48:49

Mübariz Qurbanlı bəzi imamların istefasına münasibət bildirib.

“Şeyxülislamın verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir. Bu zaman pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür”.

İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bir-iki məscidin imamı istefa verib: “Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”.

GÜNÜN MANŞETLERİ