EURO 1,9142 TRY 0,2974
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:29.04.2019 20:44:00

"Biz sosial şəbəkələrdə din xadimlərimizin fəallığını da dəstəkləyirik."

“Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin 70 illiyi və Şeyxülislamılığın 40 illiyi ilə əlaqədar sərəncam verib. Dövlət Komitəsi Tədbirlər Planını hazırlayaraq təqdim edib”.

ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O nəzərə çatdırıb ki, xarici ölkələrdə - Tbilisidə, Rusiyada da tədbirlər keçiriləcək: “Ölkə daxilində tədbirləri biz sizinlə birlikdə keçirməliyik. 25 avqustda Dövlət Komitəsi elm və incəsənət xadimləri, din xadimlərinin iştirakı ilə Bakıda tədbirlər keçirəcək. Regionlarda da tədbirlər keçiriləcək. Mənəvi Dəyərlər Fondu vasitəsilə həmin tədbirlər maliyyələşdiriləcək. Biz sosial şəbəkələrdə din xadimlərimizin fəallığını da dəstəkləyirik. QMİ sədri dünya miqyaslı liderdir. Sosial şəbəkələrdə bu yöndə iş aparan din xadimləri düz edir, sosial şəbəkələrin auditoriyası genişdir”.

M.Qurbanlı qeyd edib ki, müstəqilliyimiz müqəddəsdir: “Siyasilərlə bərabər din xadimləri də müstəqilliyimizə xələl gəlməyə imkan verməməlidir. Cümə xütbələrində hansı imamımız dini dəyərlərimizlə bağlı danışır? Bu onun borcudur, amma imam ölkəmizlə, prezidentimizlə bağlı xalqa çağırışlar edirmi? Ola bilməz ki, ətrafımızdakı hadisələrə biganə qalaq, reaksiya verməyək. Din xadimləri də mövqeyini ortaya qoymalıdır. Ola bilməz ki, rəhbər din xadimiyəm, yaşadığım dövlətin, düşmənin siyasəti ilə bağlı heç nə deməyim. Biz istəyirik ki, din xadimlərimiz öz mövqeyini açıqlasın. Ancaq görürük ki, bəzi din xadimləri tərəddüd edir, dövlət, dövlətin siyasəti ilə bağlı cümə namazlarında, xütbələrində demirlər. Biz başqa dövlətlərdə də bütün bunları görürük. İslam yaranandan bu mövcuddur. Bu halda niyə tərəddüd olmalıdır?”

M.Qurbanlı din xadimlərinin gənclərin narkomaniya, zərərli vərdişlərdən uzaqlaşdırılması sahəsində fəallığının zəruri olduğunu vurğulayıb: “Keşiş də, ravvin də dini mərasimlərdə belə hallarla bağlı fikirlərini deyir. Din xadimlərimizin məsciddə dediyi sözlərin daha böyük təsiri var. Məsələn, intiharların dinimizdə yolverilməz olduğun deməyin nəyi pisdir? Bizim dinimiz saf bir dindir. Dini dəyərlərimizi gözdən salmaq istəyənlərə də din xadimləri cavab verməlidir”.

Komitə sədri qeyd edib ki, xüms, zəkatı hər kəs öz məscidinə verməlidir: “Bu, həmin yerdə yaşayan əhalinin dini tələbatının ödənməsinə sərf olunmalıdır. Xüms, zəkat ölkədən kənara çıxmamalıdır. Bilirəm ki, xüms, zəkatın də şərti var. Ancaq belə etsək, məncə, Allah da bizim əməlimizi qəbul edər”.


Mübariz Qurbanlı din xadimlərimizin sosial şəbəkələrdəki fəallığı barədə danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran: ABŞ odla oynayır! Əgər istəsəydik...
    İran XİN başçısı müsahibə verib.
     16.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ