EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.11.2019 12:41:44

Akif Çovdarovla birgə həbs edilən keçmiş şöbə rəisinin müavini Orxan Osmanov azadlığa buraxılıb.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbs edilən keçmiş şöbə rəisinin müavini Orxan Osmanov azadlığa buraxılıb.

"Report"un xəbərinə görə, Orxan Osmanova verilən cəza müddəti başa çatdığı üçün, o, saxlandığı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisinin müavini olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O da cəza müddəti başa çatdıqdan azadlığa çıxıb.

Akif Çovdarov və digərləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. 


"MTN işi"ndə həbs edilən rəis müavini azadlığa çıxıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qalibaf kimdir?
     28.05.2020
    Müslüm İbni Əqilin Kufəyə getməsi
    Bu gün Həzrəti İmam Hüseyn (ə) Kəbədən ayrılaraq Kufəyə üz tutur
     28.05.2020
    İran Parlamentinin spikerinə iki azərbaycanlı müavin təyin edildi
    Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək.
     28.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ