Mossadın İsfahanda sənaye mərkəzinə təxribat törətmək üzrə əməliyyatının uğursuzluğundan sonra İsrail rejimi bununla bağlı ən azı 6 yüksək rütbəli zabitini öldürüb.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsfahanda sənaye mərkəzinə təxribat törətmək üçün Mossad-ın kompleks təhlükəsizlik əməliyyatı İran Kəşfiyyat Nazirliyi tərəfindən zərərsizləşdirildikdən sonra, Mossad bəzi işçilərini işdən çıxarmaqla yanaşı, müxtəlif üsullarla 6 yüksək rütbəli zabitini də öldürüb.
İran təhlükəsizlik agentliyi ilə əlaqədə olmaqda ittiham edilərək Mossad tərəfindən sorğu-sual zamanı öldürülən 6 nəfərin adı açıqlanıb.
Öldürülən həmin 6 nəfərin Tomer İxeg, Ayalon Şapira, Şaron Kiçik, Şayli Vestlend, Ofek Aharon, İtamar Əl-Harar olduğu bildirilib.
Məlumata görə, İsrail rejimi bu 6 nəfərin ölümünü təsdiqləyib.