Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Moskvada koronavirusla bağlı vəziyyətin sabitləşməsi müşahidə olunur.
İslamazeri.com-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
O deyib ki, COVID-19-la bağlı vəziyyət sabitləşdiyindən oktyabrın 28-dən 11 gün müddətində tətbiq olunan qeyri-iş günlərinin müddətinin uzadılmasına ehtiyac qalmayıb.
Moskva meri noyabrın 8-dən etibarən paytaxtda restoran, kafe, ticarət və əyləncə mərkəzlərinin, xidmət sahələrinin fəaliyyətinin tam şəkildə bərpa olunacağını, orta məktəblərin əyani rejimə keçəcəklərini açıqlayıb: “Gələn həftənin birinci günündən şəhərdə adi həyat tərzi bərpa olunur. Lakin bununla belə, daha əvvəl qəbul olunmuş məhdudlaşdırılmalara riayət olunmalıdır”.