EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:31.01.2019 22:13:14

İranlı islam alimi ona ünvanlanan suallara cavab verib

İslamazeri.com xəbər verir ki, iranlı islam alimi Möhsün Qiraəti qadınlara tövsiyələr verib. 

O, “Niyə qadınların mirasdan olan payları kişiyə nisbətdə 50%-dir?” sualına cavab olaraq belə bildirib: 

“Cavabı çox sadədir. Çünkü qadınların bütün xərcləri kişinin öhdəsindədir və kişilər onlara qalan miras haqqını da onlara xərcləyirlər. Qadın isə xərci az olduğundan pulunu yığa bilər.” 

O, qadınların hicab məsələsinə də toxunaraq bildirib: “Qadınlar islami qaydada örtünməsələr, gözlər onlara tərəf yönələcək. Bu da kişilərin zehnində pis fikirlər yaradacaq və sağlam olmayan əlaqələr yaranacaq. Hətta bəzi hallarda bu, qeyri-qanuni övladların dünyaya gəlməsi, bəzən isə uşaqların ana bətnində öldürülməsinə səbəb olur. Dünyanın əksər ölkələrinə səyahət etmişəm. Hətta yəhudi və xristian qadınlarına xitabən demişəm ki, həyat yoldaşınızın sizi 98% digər qadınları isə 2% sevməsinə razı olarsınızmı? Hamısı istisnsasız olaraq “yox” cavabını verir. Mən onların cavabında deyirəm ki: Sizin hicabsız olaraq küçəyə çıxmanız evli kişilərin sizə qarşı sevgisinə səbəb olur, bir halda ki, siz özünüz buna razı deyilsiniz.”


Möhsün Qiraəti hicab və miras haqda suallara cavab verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ