Yayınlanma tarixi: 1.11.2022 12:14:55
“Qazilər haqqında” qanunun qəbuluna ehtiyac var”.
İslamazeri.com xəbər verir ki, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O bildirib ki, bu gün bədənində qəlpə olan qazilərə əlillik verilmir: “Qanunda bunu dəyişmək lazımdır. Qanunları qəbul edəndə qazi məsələsinə xüsusi diqqət etmək lazımdır. İsraildə əsgərliyə gedən oğlanları və qızları 3 il pulsuz oxudurlar. İsraildə yaralanan əsgərlərə isə ömrünün axırına kimi pensiya verirlər. Bu təcrübələr öyrənilməlidir. Qazilər bizim üçün şərəfdir. Qanun qəbul edəndə onları nəzərə almaq lazımdır”.