Türk kəşfiyyat agentləri il yarımdan çoxdur ki, kəşfiyyat şəbəkəsini izləyirlər.
İslamazeri.com Sputnik-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İstanbulda İran şirkəti və 20-dən çox İran vətəndaşını dinləyən İsrailin Mossad kəşfiyyat şəbəkəsini aşkarlayıb.
KİV yazır ki, Türkiyə vətəndaşı Səlcuq Küçükkaya və köməkçisi iki ay əvvəl İstanbulda saxlanılıb. Səlcuq Küçükkaya dindirmə zamanı Avropa ölkələrində bir neçə dəfə üç Mossad nümayəndəsi ilə görüşdüyünü, beşinci görüşdə ona İstanbulda İran ticarət şirkətinə və 23 İran vətəndaşına qarşı casusluq vəzifəsi həvalə edildiyini bildirib.
Şübhəli şəxs təlim keçib və 15 nəfərlik qrup yarada bilib. Bazar ertəsi İstanbulda keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb, daha iki nəfər axtarışdadır.
Səlcuq Küçükkaya İran vətəndaşına şübhəli bağlama göndərdikdən sonra izləməyə düşüb. Səlcuq Küçükkaya izlədiyi vətəndaşların bank hesabları, ailələrinin xaricə səfərləri və telefon danışıqlarının qeydləri ilə bağlı məlumatları Mossada ötürüb.
Türk kəşfiyyat agentləri il yarımdan çoxdur ki, kəşfiyyat şəbəkəsini izləyirlər.