Misirdə 2 mindən çox yaşı olan şəhər aşkar edildi - FOTO

Misirdə 2 mindən çox yaşı olan şəhər aşkar edildi - FOTO
Yayınlanma tarixi: 25.01.2023 12:46:27

Hazırda Lüksor şəhəri kimi tanınan Fiba antik Misirin ən mühüm şəhərlərindən biri hesab olunur.

Misirin cənubundakı Lüksor şəhərində Roma dövrünə aid təxminən 2 min illik yaşayış məskəni tapıldı.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Misir Turizm və Tarixi Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Şərq tərəfdə Lüksor məbədi ilə bitişik ərazidə eramızdan əvvəl 30-395-ci illərə aid Roma dövründən qalma ilk məskunlaşma şəhəri aşkar olunub.

Antik Teben (Thebes) şəhərinin bir uzantısı olduğu düşünülən ərazi Lüksor valiliyinin şərq sahilində ən mühüm və ən qədim yaşayış məntəqəsi olaraq qeyd edilib.

Hazırda Lüksor şəhəri kimi tanınan Fiba antik Misirin ən mühüm şəhərlərindən biri hesab olunur.

Antik Teben və məzarları 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

FOTO

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18