Milli Məclisdə Yeni il qabağı qiymətləri aşağı salmağa çağırış edilib

Milli Məclisdə Yeni il qabağı qiymətləri aşağı salmağa çağırış edilib
Yayınlanma tarixi: 12/23/2022 12:18:33 PM

Bu məsələyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli toxunub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni il qabağı ərzaq məhsullarının qiymətlərini aşağı salmağa çağırış edilib.

İslamazeri.com xəbər verir ki, bu məsələyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli toxunub.

"Bu il Azərbaycanda inflyasiya proqnozları özünü doğrultmayıb. Qiymətlərin illik artımı əvvəlcə 4 %, daha sonra isə 12,5% proqnozlaşdırılsa da, 11 ayın yekununa görə, illik inflyasiya 13,8 %, ərzaq inflyasiyası isə 20 %-dən çox olub. Məhsulların çox hissəsinin qiymətləri isə bundan çox artıb. Nəzərə alsaq ki, əhali xərclərinin 60 %-ə qədərini, aztəminatlı əhali isə daha çox hissəsini ərzağa yönəldir, qiymət artımları əhalinin güzəranına mənfi təsir göstərir. Çağırış etmək istərdim ki, bir ənənə başlansın, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versin ki, əhalinin bütün təbəqələri bayram süfrəsi aça bilsin", - deyə o qeyd edib.

GÜNÜN MANŞETLERİ

İrana hücum bu səbəbə görə təxirə düşüb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İrana hücum bu səbəbə görə təxirə düşüb

2/3/2026 11:18:01 AM
İsrail təyyarələri Livana kimyəvi maddələr atıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail təyyarələri Livana kimyəvi maddələr atıb

2/3/2026 11:13:48 AM
Nimeyi Şəban gecəsinin ƏMƏLLƏRİ
DİN

Nimeyi Şəban gecəsinin ƏMƏLLƏRİ

2/3/2026 11:00:01 AM
ƏHD DUASI
DİN

ƏHD DUASI

2/3/2026 10:07:33 AM