EURO 2,078 NEFT 68,81
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:06.10.2017 14:38:17

Təhsil naziri Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ilk dəfə olaraq, bu sahə ilə məşğul olan Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il öncə xəbər verilib. Nazirlin fikrincə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır.

O qeyd edib ki, imtahanların keçirilməsi qaydasının dəyişdirilməsi format olaraq sadələşdirilməyə yönəlib. Bu, imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir: “İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır. 25 il öncə tətbiq olunan bir sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də edəcək. Lakin mütəmadi olaraq, baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. 9 il əvvəl məktəblərdə yeni tədris proqramı (kurikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir. Bu sahə ilə məşğul olan həmkarlarımız digər qonşu ölkələrin də təcrübəsini öyrənib baxarsa, aşkarlanar ki, bu gün Azərbaycanda bu sahədə müzakirə edilən dəyişikliklər heç də unikal deyil. İki qonşu dövlətə - Rusiya və Türkiyədə də oxşar proseslər gedib. Yəni, imtahan formatının təkmilləşdirilməsi, bu günün tələblərinə uyğunlaşdırılması, biliklərin əmək bazarının ehtiyaclarına uyğun qiymətləndirilməsi prosesi aparılır”.

APA 


Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar
    Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib.
     22.01.2018
    Suriya Ordusundan
    Suriya Ordusu "Nusra Cəbhəsi"nə ağır zərbələr endirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ