1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.06.2017 13:38:44

Portuqaliyada güclü meşə yanğınları ağır nəticələrə səbəb olub.

İslamazeri.com-un “Publico”-ya istinadən verdiyi xəbərə əsasən, Portuqaliyada baş verən meşə yanğınları zamanı 62 nəfər dünyasını dəyişib, 60-dək insan isə yaralanıb. Bu haqda Portuqaliya Dövlətinin daxili işlər üzrə katibi Xorxe Qomes məlumat verib.

Hələ də nəzarət altına alına bilməyən yanğın ölkənin Pedroqan-Qrandi bölgəsində baş verir. Çox güman ki, yanğına səbəb Pireney yarımadasındakı isti hava şəraitidir. Orada termometrin göstəriciləri 40 dərəcəyə çatır və hətta bu göstəricini keçir. Güclü külək isə öz növbəsində yanğının sürətlə yayılmasına səbəb olur. Yanğın nəticəsində bir neçə yaşayış məntəqəsi zərər görüb, lakin dəymiş zərərin miqyası haqda hələ dəqiq məlumat yoxdur.

Adıçəkilən ölkə ərazisində bazar günündən çərşənbə axşamınadək 3 günlük matəm günləri elan edilib.


Meşə yanğınları xristian ölkəsini matəmə qərq etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya İŞİD-i belə vurdu - YENİ VİDEO
    Rusiya Ordusunun Dəniz Qoşunları İŞİD terrorçlarını hədəf alıb. İslamazeri.com "Alalam"a istinadən xəbər verir ki, 6 kruiz raket terrorçuların məntəqələrinə tuş gəlib.
     25.06.2017
    Qahirə küçələrində bayram sevinci - FOTO
    Misir paytaxtında bayram sevinci yaşanır. İslamazeri.com tasnimnews-a istinadən fotoları təqdim edir.
     25.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ