EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:06.03.2019 14:11:16

"Azərbaycan elə bir vergi yükünə və vergi bazasına malik olmalıdır ki, özəl investorları stimullaşdırsın, biznesi rentabelli etsin”.

"Azərbaycan elə bir vergi yükünə və vergi bazasına malik olmalıdır ki, özəl investorları stimullaşdırsın, biznesi rentabelli etsin”.

İslamazeri.com "Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Baş bankir ölkədə nağdsız ödənişlərlə bağlı vəziyyətdən də danışıb: "Azərbaycanda hələ də nağd ödənişlərin xüsusi çəkisi çoxdur. Bu, böyük problemdir və azaltmalıyıq. Hazırda Azərbaycanda nağdsız ödənişlər üçün infrastruktur var, amma institutsional problemlər mövcud potensialdan istifadə etməyə imkan vermir. Ona görə çalışmalıyıq ki, nağdsız ödənişlərin səviyyəsi artsın”, - deyə o, qeyd edib.

AMB sədri həmçinin deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı yanlış düşünənlər var: "Bəzən monetar siyasəti mifləşdirirlər, çox şey gözləyirlər. Hər şeyi edə bilərik, çoxlu pul çap etsən hər şey həll olunacaq, AMB iqtisadiyyata uzunmüddətli vəsaitlər verməlidir və s. Halbuki, bütün dünyada mərkəzi banklar bir vacib məsələyə fokuslanırlar. O da qiymətlər sabit qalması - inflyasiyanın tənzimlənməsidir. Təbii ki, bu, kiçik görsənə bilər. Amma inflyasiya bütün Azərbaycan ailəsinin gəlirlərinin sabit olması, qorunmasıdır. İnvestorlar üçün bu, planlaşdırma, gələcəyə baxışdır. Psixoloji baxımdan gələcəyə pozitiv baxışdır. Artıq iqtisadi temaktikadan çıxıb psixoloji tematikaya keçib. Bu istiqamətdə biz monetar islahatları genişləndirmək fikrindəyik. Başlıca məqsədimiz makroiqtisadi siyasətdə sabitlik platformasının daha da dərinləşdirilməsi və onun stimullaşdırıcı rolunun gücləndirilməsidir”.


“Mərkəzi Bankdan çox şey gözləyirlər” - Elman Rüstəmov

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneidən adının Məsumlarla (ə) çəkilməsinə etiraz - ŞƏRHSİZ VİDEO
    İslamazeri.com Ayətullah Xameneinin çıxışını təqdim edir
     27.03.2019
    İrandan Qazaxıstandakı son hadisələrə MÜNASİBƏT
    İranın Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasımi Qazaxıstanda Prezidenti Nursultan Nazarbayevin istefa qərarını qiymətləndirib.
     27.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ