Mərkəzi Bank BOKT-un sığorta lisenziyasını ləğv edib

Mərkəzi Bank BOKT-un sığorta lisenziyasını ləğv edib
Yayınlanma tarixi: 16.05.2023 17:50:19

Mərkəzi Bank BOKT-un sığorta lisenziyasını ləğv edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Bu barədə "İslamazeri.com" AMB-dən bildirilib.

Məlumata görə, sığorta lisenziyaları “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında ləğv edilib. Sığorta agenti lisenziyası ləğv edilənlər Cəfərov Arzu Mahir oğlu, Əsgərov Əli Qismət oğlu və həm də bank olmayan kredit təşkilatı kimi fəaliyyəti göstərən "FİNTREND" BOKT MMC olub.

Qeyd edək ki, hüquqi ünvanl Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 44 olan BOKT-un nizamnamə kapitalı 525 min manat, qanuni təmsilçisi isə Sevinc Azər qızı Qəmbərovadır.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55