1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.10.2018 17:25:13

Almaniya kansleri ölkədə qaçqınlara qarşı münasibət haqda danışıb.

İslamazeri.com-un “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə əsasən, Almaniya kansleri Angela Merkel ölkə sakinlərini qaçqınlara qarşı paxıllıq və nifrət hiss keçirməməyə səsləyib.

Onun sözlərinə görə, hökumət Almaniyaya gələn miqrantlarla ölkə sakinləri arasında fərq qoymur.

Buraya gələn insanlar burada yaşayanlardan daha yaxşı təmin edilmirlər.”, - deyə Merkel ictimaiyyətlə görüş zamanı bildirib  və əlavə edib ki, hökumət heç kəsin “boğazından kəsib” başqasına heç nə verməyib.

Kansler qeyd edib ki, hazırda ölkə sakinlərinə verilən sosial yardımlar artırılır, məxsusən də Almaniyadakı pensiya ödəmələri artır.

Hətta əgər belə bir narahatlıq varsa belə, nifrət üçün heç bir əsas yoxdur.”, - deyə o əlavə edib.

Xatırladaq ki, Merkel daha öncə Avropa İttifaqının hazırkı qaçqın qəbulu sisteminin işləmədiyini bildirmişdi.


Merkel: Biz heç kəsin boğazından kəsib başqasına vermirik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fələstinli Səfir: Fələstinin Tehrandakı əsl nümayəndəsi Ayətullah Xameneidir
    Zavavi Ali Liderin Fələstin məsələsi və İslam dünyasının məsələləri ilə yaxından məşğul olan bir şəxsiyyət olduğunu vurğulayıb.
     20.02.2019
    İranlı komissiya sədri: Son terror hücumu Səudiyyə Ərəbistanı və BƏƏ-nin işi idi
    Komissiya sədri ölkəsinin məsum insanlarının bəzi ölkələrin rol ifa etmələri ilə şəhid olmasına qarşı heç vaxt səssiz qalmayacaqlarını vurğulayıb.
     20.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ