Mənzil növbəsində duran hərbçilərin sayı açıqlanıb

Mənzil növbəsində duran hərbçilərin sayı açıqlanıb
Yayınlanma tarixi: 13.12.2022 17:05:59

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının həyata keçirilməsi sayəsində bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 min 686 nəfər hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillərlə təmin olunub.

Maliyyə Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclasında Komissiyanın sədri Samir Şərifov deyib.

O bildirib ki, həmçinin, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və beləliklə, mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2 min 302 nəfərə çatıb.

GÜNÜN MANŞETLERİ