Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala cavab verib.
İslamazeri.com APA-ya istinadən xəbər verir ki, VTB Bankın təşkil etdiyi “Rusiya çağırır” adlı forumda xarici ekspertlərin suallarını cavablandıran V. Putin bildirib ki, onun 2024-cü ildə növbəti dəfə prezidentliyə namizədliyini sürmək hüququ var.
“Mənim yeni müddətə seçilmək hüququm var. Namizədliyimi irəli sürəcəyəm, ya yox, hələlik qərar verməmişəm”, - Rusiya dövlət başçısı vurğulayıb.