EURO 1,9635 NEFT 79,71
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:04.10.2018 13:52:15

Şükürova İnstaqramda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifə ilə bağlı çıxışlarından birini paylaşıb.

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova atasının vəzifəsindən kənarlaşdırılmasından sonra paylaşdığı video ilə diqqət çəkib.

Kult.az xəbər verir ki, A.Şükürova İnstaqramda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifə ilə bağlı çıxışlarından birini paylaşıb.

“Qula qul olmayın - istər prezident olsun, istər baş nazir, istərsə də pul ataları... Məqam, vəzifə sahiblərinin önündə əyilməyin. Bilin ki, ruzinin sahibi Allahdır”, - Türkiyə lideri sözügedən videoda deyir.

Qeyd edək ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad edilib.

 


Məmur qızından atasının işdən çıxarılmasına REAKSİYA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampdan etiraf: Ordumuz Çin və Rusiyadan geri qalır
    "Birinci onlar başladılar."
     15.10.2018
    Kim Çen In ABŞ-ın bu istəyinə
    Şimali Koreya lideri ABŞ-ın dövlət katibinin xahişinə mənfi cavab verib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ