Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hazırda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atıldığını bildirib.
"Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq, çünki bu sahədə boşluqlar var".
İslamazeri.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır: "Mütəmadi olaraq bu istiqamətdə konfrans və seminarlar təşkil olunur. Risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər var".