Əmək pensiyaları artırıldı - Qanun təsdiqləndi

Əmək pensiyaları artırıldı - Qanun təsdiqləndi
Yayınlanma tarixi: 8.02.2023 15:06:58

Bu Qanun 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

İslamazeri.com xəbər verir ki, qanuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin birinci cümləsində “2022-ci il yanvarın 1-dən 240” sözləri “2023-cü il fevralın 1-dən 280” sözləri ilə əvəz edilib.

Bu Qanun 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Bununla da Azərbaycanda əmək pensiyalarının 240 manatdan 280 manata qaldırılması təsdiqlənib.

GÜNÜN MANŞETLERİ