EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:22.12.2018 18:18:01

Bunu suala cavab olaraq mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

"Bakının Qaradağ rayonunun Puta qəsəbəsində tapılan meyit qalıqlarının şair Mikayıl Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək üçün aparılan araşdırmalar davam etdirilir, müxtəlif ekspertizalar keçirilir".

Bunu "Report"un sualına cavab olaraq mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu, bir günə başa çatdırılması mümkün olan proses deyil: "Bu, müxtəlif alimlərin iştirakı və fərqli analizlərin aparılması ilə həyata keçirilməlidir. Müvafiq dövlət orqanları bununla məşğuldurlar. Təsdiq olunanda, ya da olunmayanda bu haqda bizə xəbər veriləcək, onda biz də ictimaiyyəti məlumatlandıracağıq".

Ə.Qarayev qeyd edib ki, tapılan qalıqların şair M.Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək Mədəniyyət Nazirliyinin səlahiyyəti çərçivəsində deyil: "Bunu alimlər müəyyənləşdirəcək. Əgər orada Mikayıl Müşviqə, ya da hər hansı digər bir ədibə, mədəniyyət, incəsənət xadiminə aid meyit qalıqları varsa sözsüz ki, dövlət, Mədəniyyət Nazirliyi lazımi tədbirlər görəcək. Amma ilk növbədə bu məlumatın həqiqət olduğu təsdiqini tapmalıdır. Təsdiqlənməmiş informasiya əsasında hansısa addım atmaq doğru olmaz".


Mədəniyyət naziri Mikayıl Müşfiqə aid olduğu iddia olunan qalıqlarla bağlı açıqlama verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda axtarışda olan şəxs Moldovada saxlanılıb
    Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.
     19.08.2019
    Tramp öz tərəfdarını təhqir etdi
    ABŞ prezidenti öz tərəfdarını təhqir edib.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ