Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:4.06.2022 11:54:48

Layihə çərçivəsində respublikamızın 22 şəhər və rayonda məcburi köçkünlərin vəziyyəti haqqında məlumatlar toplanılır və təhlillər aparılır.

Dünya Bankı “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” qrant layihəsi keçirir. Bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Məcburi köçkünlərin gəlir imkanlarının dəstəklənməsinə dair təcrübələrin və ehtiyacların qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masa keçirilib.

İslamazeri.com xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məşğulluq sektorunun müdiri Kamran Ağamalıyev diqqətə çatdırıb ki, layihənin məqsədi bərpa və sülh quruculuğu sahəsində hökumətin potensialını təkmilləşdirmək üçün məcburi köçkünlərin mövcud sosial-iqtisadi vəziyyətinə dair bilgilərin genişləndirilməsi və onların ehtiyaclarını ödəmək üçün effektiv yanaşmaların müəyyənləşdirilməsidir.

Layihə çərçivəsində respublikamızın 22 şəhər və rayonda məcburi köçkünlərin vəziyyəti haqqında məlumatlar toplanılır və təhlillər aparılır. Layihə çərçivəsində Dünya Bankının sifarişi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə “Sigma ŞQ” şirkətinin ekspertləri tərəfindən məcburi köçkünlərin demoqrafik, sosial və iqtisadi vəziyyəti, eləcə də məşğulluq və özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil edilir.

SİGMA-qrupun icraçı direktoru Rasim Ramazanov layihənin nəticələrinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Layihə çərçivəsində planlaşdırılan işlərin artıq yarısının tamamlandığı bildirilib. Əmək bazarının, məşğulluq imkanlarını öyrənilməsi sahəsində layihələr icra edilib, növbəti layihələr məcburi köçkün gənclərin, xüsusilə qadınların cəlb edilməsi ilə icra olunacaq.

Dünya Bankının nümayəndəsi Turqut Mustafayev qrant layihəsinin komponentləri barədə danışıb, SİGMA-qrupun nümayəndələri Sabit Bağırov, Rüfət Əfəndiyev və Telman Yolçiyev isə layihəyə dair geniş təqdimatla çıxış ediblər.

Müzakirələrdə dövlət qurumlarının, beynəlxalq təşkilatların yerli ofislərinin nümayəndələri, QHT rəhbərləri iştirak ediblər. Layihənin icrası zamanı məcburi köçkünlərin ölkənin əmək bazarına cəlb edilməsi, özünüməşğulluğu və gəlirlərinin təminatına dəstək sahəsində əvvəllər icra edilən və cari proqramlar, təşəbbüslər və müxtəlif layihələr barədə fikir mübadiləsi aparılıb.


Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ