Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
İslamazeri.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Məlumata görə, Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi naharı başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edir.