EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:16.02.2020 14:08:30

Gürcüstanın Marneuli şəhərində Xanım Zəhranın (s.ə) mövludu keçirilib

Marneulinin Alget (Gorarxı) kəndində yerləşən şadlıq saraylarının birində Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə tədbir təşkil olunub.

Tədbirə Marneuli və ətraf kəndlərdən inanclı müsəlmanlar dəvət olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin və Əhlibeyt Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimə dövlət rəsmiləri, Azərbaycan və İran İslam Respublikası səfirliklərinin nümayəndələri, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Tədbirin aparıcısı Hacı Mahir Məmmədov tədbir haqda məlumat verib tədbir iştirakçılarını salamladıqdan sonra Quran tilavəti ilə tədbiri açıq elan etmək üçün sözü Quran qiraətçisi Fuad İsayeva verib.

Sonra ardıcıl olaraq təbrik və çıxış üçün din xadimləri və dövlət rəsmilərini kürsüyə dəvət edib.

Bayram tədbirində çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze və Gəncə şəhərindən ilahiyyatçı Hacı Vuqar İsgəndərov iki dünya xanımı Hz. Zəhranın (s.ə) fəzilət və məqamından, o xanımın örnək həyatından, Onun simasında İslamda ailə mədəniyyəti haqda geniş çıxış ediblər.

Gürcüstan Parlamentinin Marneulidən mojaritar millət vəkili Ruslan Hacıyev, Marneuli şəhərinin Meri Zaur Darğallı, İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov və başqaları müsəlmanları əziz bayram günləri münasibəti ilə təbrik edib, çıxışları zamanı Həzrət Peyğəmbər (s) qızının nümunəvi üstün cəhətlərinə və dəyərli xüsusiyyətlərinə toxunublar.

 

Mərasimə yerli alimlər; Marneuli Əhlibeyt Cəmiyyətinin sədri ilahiyyatçı Hacı Rasim Məmmədov, Marneuli İmam Hüseyn məscidinin İmamı, ilahiyyatçı Hacı Əziz Nəbiyev və başqaları da qatılıblar.

 Tədbir Azərbaycandan dəvət olunan Əhlibeyt məddahı Vasif Vəsfinur, yerli məddahlar Səid Həsən və Anar Cəfərinin ifasında Hz. Fatimeyi Zəhra (s.ə) haqqında şeir və ilahilərlə davam edib.

Nəhayət bayram süfrəsi ətrafında təşkil olunan tədbir "Fərəc" duası ilə yekunlaşıb. Mərasim iştirakçılarına jurnal, təqvim və praşurlar təqdim olunub.


Marneulidə Xanım Zəhranın (s.ə) mövludu keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ