Gürcüstanın Marneuli şəhərinin imam cümələri Ayətullah Seyid Əli Xameneiyə dəstək bəyanatı yayıblar.
İslamazeri.com xəbər verir ki, bəyanatda bildirilib ki, müqavimət cəbhəsi olmasaydı, Yaxın Şərqdə, xüsusilə Fələstin, İraq, Suriya, Yəmən və İranda terrorçular tam üstünlük əldə edərdi.
Ayətullah Xameneiyə qarşı, xüsusilə guya Rusiyaya qaçacağı barədə yayılan məlumatların yalan və dezinformasiya olduğu vurğulanır.
Qərb və ABŞ regionda baş verən müharibələr və insan tələfatına görə ittiham edilir.
İmam cümələr möminləri bu cür şayiələrə qarşı ayıq-sayıq olmağa çağırırlar.
Həmçinin müsəlmanların müctəhidlərin yanında açıq mövqe tutmasının vacibliyi qeyd olunur.
Qeyd edək ki, Marneulinin 4 imam cüməsi var; Hacı Rasim Məmmədov, Hacı Əziz Nəbiyev, Hacı Hacıyev, Mirismayıl Əsədov.