Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.
MAQATE-nin rəhbəri Rafael Qrossi Tehrana səfər edəcək və şənbə günü Vyanaya qayıdacaq.
İslamazeri.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.
“Baş direktor Rafael Qrossi yüksək səviyyəli görüşlər üçün İrana gedəcək, şənbə günü, martın 4-də isə Vyanaya qayıdacaq və günortadan sonra mətbuat konfransı keçirəcək”, – MAQATE-nin Twitter hesabında bildirilib.
Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Qrossinin yaxın iki gün ərzində İrana səfər edəcəyini bildirmişdi.
2022-ci ilin dekabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın Nüvə Proqramı üzrə Birgə Fəaliyyət Planının (JCPOA) bərpası üzrə dialoqun canlanmasına ümidin olduğunu bildirmişdi.