EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2017 09:39:43

Həlak olanların 22 nəfərinin 13-17 yaş arası oğlan tələbələr olduğu bildirilir.

Malayziyada müsəlman məktəbinin yataqxanasında baş vermiş yanğın nəticəsində azı 24 nəfər həlak olub.

İslamazeri.com "Associated Press"-ə istinadən xəbər verir ki, yanğın bu gün səhər saatlarında paytaxt Kuala-Lumpur yaxınlığındakı rayonda qeydə alınıb. Yanğın təhlükəsizlik səviyyəsi aşağı olan üçmərtəbəli binanın yuxarı mərtəbəsində baş verib. Bir saat ərzində yanğın söndürülsə də, təhlükəsizlik çıxışları olmayan məktəbdə 24 nəfərin cəsədi tapılıb. Həlak olanların 22 nəfərinin 13-17 yaş arası oğlan tələbələr olduğu bildirilir. Həmçinin iki müəllim də həyatını itirib.

Yanğının elektrik qısaqapanması səbəbilə baş verdiyi güman edilir.

Bildirək ki, "Darul Quran İttifaqiyyə" adlanan özəl İslam məktəbində tələbələrə Qurani-kərim öyrədilir. Bu tipli məktəblərin bir çoxu dövlət qeydiyyatından kənar fəaliyyət göstərir. Yerli KİV-lərin yazdığına görə, aprel ayına qədər 519 belə məktəb qeydiyyatdan keçsə də, hələ də bir çoxu qeydiyyatsız fəaliyyət göstərir.


Malayziyada Quran məktəbində yanğın baş verib, 24 nəfər həlak olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ