Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.01.2022 15:42:05

“Bizə heç bir müharibə lazım deyil. Lakin elə bu amerikalıların özü polyaklar, latışların əli ilə və şəxsən özləri bizi bu addımlara sövq edir“.

İslamazeri.com BELTA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ Dövlət Departamentinin Belarus diplomatlarının ünvanına səsləndirdiyi təhdidləri şərh edib.

Onun sözlərinə görə, Dövlət Departamentinin təmsilçiləri belaruslu diplomatlara deyiblər ki, “əgər siz Putinə və Rusiyaya icazə versəniz, buna icazə versəniz, o zaman biz sanksiyalar tətbiq edəcəyik. Əgər siz bu nüvə silahını Belarusa qaytarsanız, bu və bu olacaq“. Lukaşenko davam edərək deyib ki, ölkəsinə qarşı “ağılverici tondan” istifadə edilir.

Bizə heç bir müharibə lazım deyil. Lakin elə bu amerikalıların özü polyaklar, latışların əli ilə və şəxsən özləri bizi bu addımlara sövq edir“, - deyə o qeyd edib.

Lukaşenko deyib ki, Belarus hər zaman regionda təhlükəsizliyin donoru olub və o, nəyə görə Qərbin Belarusdan “təcavüzkar” düzəltmək istədiyini anlamır.

Qulaq asın, bizə artıq daha da pisini edə bilməzsiniz. Amma əgər bizi uçurumun kənarına qoymaq istəyirsinizsə, siz bizim necə cavab verəcəyimizi bilirsiniz. Ona görə də ətrafımızda baş verən hadisələrin kontekstində, burada regionda və Vaşinqton vilayət komitəsində bizim üçün asan olmayacaq, biz öz hüdudlarımızı lazım olduğu şəkildə müdafiə etmək məcburiyyətində qalacağıq. Və biz bunu etməyi bacarırıq və bunu edəcəyik də. Və mən bu məsələdə heç şübhə etmirəm də“, - deyə o əlavə edib.


Lukaşenko: "ABŞ bizi müharibəyə sövq edir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ