Livanda milli matəm elan olunub

Livanda milli matəm elan olunub
Yayınlanma tarixi: 4/9/2026 10:21:50 AM

Livanda bir günlük milli matəm elan edilib.

İslamazeri.com xəbər verir ki, İsrailin hava hücumlarında ən azı 254 nəfərin öldüyü və 1156-dan çox insanın yaralandığından sonra Livan cümə axşamı milli matəm günü elan edib.

Livanın Baş naziri Nəvaf Salam bütün dövlət qurumlarının, dövlət idarələrinin və bələdiyyələrin bağlanmasını əmr edib.

Sabah bayraqlar yarıya endiriləcək və radio və televiziya verilişləri itkilərin miqyasını əks etdirmək üçün tənzimlənəcək.

Baş nazir Salam sionist İsrail hücumlarında ən azı 254 nəfərin ölümünü və 1156-dan çox insanın yaralanmasını "milli faciə" adlandırıb və əlavə edib: "Livan xalqına və xüsusən də şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı veririk".

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM