Əli Əsədov Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb

Əli Əsədov Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb
Yayınlanma tarixi: 13.03.2023 16:18:00

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.

Nazirlər Kabinetindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulandı, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirilib.

Eyni zamanda, digər aktual mövzular ətrafında müzakirələr aparılıb.

GÜNÜN MANŞETLERİ