Əli Fədavi: İranın elə gizli hərbi texnologiyaları var ki...

Əli Fədavi: İranın elə gizli hərbi texnologiyaları var ki...
Yayınlanma tarixi: 11/22/2022 10:33:53 AM

İnqilab Keşikçiləri Ordusu komandanının müavini, briqada generalı Əli Fədavi, hərbi sahədə heç kimin bilmədiyi texnologiyalara sahib olduqlarını ifadə edərək, "İranın gizli silahları mümkün müharibə zamanı işə düşəcək", - deyə bildirib.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu komandanının müavini briqada generalı Əli Fədavi Tehranda keçirilən tədbirdəki çıxışında hərbi sahədə heç kimin bilmədiyi texnologiyalara sahib olduqlarını bildirib:

"Hərbi sahədə heç kimin bilmədiyi texnologiyalarımız var və biz onlardan istifadə etdikdə amerikalılar fərqinə varacaqlar".

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Ordusu Hava-Kosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə də bu yaxınlarda verdiyi açıqlamada İnqilab Mühafizəçiləri tərəfindən hazırlanmış hipersəs ballistik raketin tezliklə istifadəyə veriləcəyini bildirmişdi.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM
İslamda qonşuluq haqqı
DİN

İslamda qonşuluq haqqı

1/17/2026 11:21:15 AM