Lənkəranda qanunsuz yolla əldə olunmuş odun aşkarlanıb

Lənkəranda qanunsuz yolla əldə olunmuş odun aşkarlanıb
Yayınlanma tarixi: 30.01.2023 17:34:17

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Lənkəran rayonunda 12-BH-750 dövlət nömrə nişanlı “QAZ 53” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən edilib.

İslamazeri.com xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi avtomobilin yük yerində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində odun aşkar olunub:

“Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 m3 həcmində işlik meşə materialı müəyyən edilib”.

B.Məhəmmədovun sözlərinə görə, meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ