Lavrov: Rusiya İranın ərazi bütövlüyünə hörmətlə yanaşır

Lavrov: Rusiya İranın ərazi bütövlüyünə hörmətlə yanaşır
Yayınlanma tarixi: 28.12.2023 13:35:39

Rusiya xarici işlər naziri son beş gündə iranlı həmkarı ilə ikinci telefon danışığında İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Rusiya xarici işlər naziri son beş gündə iranlı həmkarı ilə ikinci telefon danışığında İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb və bildirib ki, bu ölkə İranın ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edir və bu mövqe dəyişdirilə bilməz.

İran İslam Respublikası və Rusiya Federasiyasının xarici işlər nazirləri Hüseyn Əmir Abdollahian və Sergey Lavrov bu gecə, yanvarın 5-i, son beş gündə ikinci dəfə telefon danışığı aparıblar.

Bu telefon danışığında Cənubi Qafqazla bağlı hadisələr, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin son vəziyyəti, bəzi regional və beynəlxalq məsələlər müzakirə olunub.

GÜNÜN MANŞETLERİ