Küveyt parlamenti buraxılıb.
Küveyt Milli Məclisi buraxılıb.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Küveytin vəliəhd şahzadəsi şeyx Məşəl əl-Əhməd əs-Səbah elan edib.
Xatırladaq ki, parlamentin tərkibi 2023-cü il mart ayında Konstitusiya məhkəməsinin qərarı ilə bərpa edilmişdi.
“Konstitusiyanın müddəalarına riayət edərək və xalqın iradəsinə hörmət edərək, biz 2020-ci ilin Milli Məclisini buraxmaq və yaxın aylarda ümumi seçkilər keçirmək qərına gəldik“, – deyə əs-Səbah bildirib.
Onun sözlərinə görə, seçkilərin ardınca hökumət və parlament arasındakı fikir ayrılıqlarını dəf etmək üçün siyasi və hüquqi islahatlar keçiriləcək. Həmin islahatlar qanunverici və icraçı hakimiyyəti tərəfindən sui-istifadələrdən yaxa qurtarmağa, həmçinin məhkəmə sisteminin müstəqillyini təmin etməyə imkan verəcək.