1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:29.02.2020 14:11:59

Çinin “Journal of Forensic Medicine” jurnalı yeni növ koronavirusdan ilk olaraq ölən şəxsin patoloqoanatomik ekspertizasını açıqlayıb

İslamazeri.com  Sputnik-ə istinadən xəbər verir ki, Çinin “Journal of Forensic Medicine” jurnalı yeni növ koronavirusdan ilk olaraq ölən şəxsin patoloqoanatomik ekspertizasını açıqlayıb.

Araşdırma göstərib ki, virus bu xəstəliyə yoluxan şəxsin ağ ciyərlərini sıradan çıxardır. Alimlər digər orqanların zədələnməsini sübut edə bilməyiblər.

"Xarakterik iltihabi reaksiya nəfəs yollarının dərin hissələrinin və ağciyər arteriyasının alveolar şaxəsinin zədələnməsidir. Yeni tip koronavirusun yaratdığı pnevmoniya bu zədələnməyə gətirir", - sənəddə deyilir.
Virusdan ölən ilk şəxs 85 yaşlı kişi olub. O, beynin xeyli sayda infarkt keçirməsi nəticəsində xəstəxanaya gətirilib. Temperatur, öskürək və digər xarakterik simptomlar onun xəstəxanada olduğu 10-cu gün özünü göstərib. 13-cü gün onun koronavirusa yoluxduğu dəqiqləşib. 
Tomoqrafiya hər iki ağ ciyərdə infeksiya ocağının olduğunu göstərib. 28-ci gün nəfəs çatışmazlığından ölüb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.


Koronavirus necə başlayır, necə öldürür?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Şəhristanilə danışdım, müalicə kursu uğurla sona çatıb
    Bunu “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev bildirib.
     07.07.2020
    Məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ