Çin alimləri tərəfindən hazırlanmış BBIBP-CorV adı ilə tanınan potensial COVID-19 vaksini meymunlarda və digər heyvanlarda perspektivli nəticələr göstərib.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, testin 1000-dən çox insan üzərində sınağına da start verilib.
Tədqiqatçıların "Cell" jurnalında dərc edilmiş araşdırmasına görə, vaksin "SARS-CoV-2-dən müdafiəni təmin etmək üçün siçanlarda, siçovullarda, dəniz donuzcuqlarında, dovşanlarda və qeyri-insan primatlarda (sinomolqus meymunlarında və makak-rezuslarda) yüksək səviyyədə neytrallaşdırıcı anticisimlərin yaranmasına səbəb olur".
Hal-hazırda bütün dünyada 100-dən çox COVID-19 vaksini hazırlanır. Ən perspektivli vaksin namizədləri əczaçılıq nəhəngi "AstraZeneca" ilə birlikdə hazırlanan Oksford Universitetinin vaksini, Çinin "CanSino Biologics" şirkətinin vaksini və Amerikanın "Moderna" əczaçılıq firmasının "mRNA" vaksinidir.
Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) və "XimRar" şirkətlər qrupu koronavirusa qarşı "Avifavir" preparatının ilk partiyasını Rusiya xəstəxanalarına çatdırıb.
Dərman Moskva, Leninqrad, Novqorod, Kirov, Nijni Novqorod vilayətlərinin, Tatarıstan Respublikasının və Yekaterinburqun klinikalarına verilib.
Xəstəxanalara ayın sonuna qədər 60 min "Avifavir" qablaşdırması daxil olacaq. Lazım olsa, dərmanın istehsalı ildə iki milyona qədər artırıla bilər.
"Avifavir" dərmanının rəqəmsal "Data Matrix" kodu var. Markalanma dərman pasportunun analoqudur, dərmanın əsl olduğunu təsdiq edir və hər qablaşdırmanın istehsaldan aptekə və ya tibbi müəssisəyə qədər olan yolunu izləməyə imkan verir.
Onun əsl olmasını "Çestnıy znak" mobil tətbiqi ilə yoxlamaq olar.
"Favipiravir" dərmanına əsaslanan "Avifavir" koronavirusa qarşı dünyada qeydiyyatdan keçmiş iki dərmandan biridir. O, klinik sınaqlarda effektivliyini sübut edib. Mayda dərman Rusiya Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hələ ki, onu aptekdə almaq olmaz, o yalnız stasionar xəstələrə həkim nəzarəti altında verilir.
"Avifavir" icbari tibbi sığorta proqramı üzrə rusiyalılar üçün pulsuz olacaq. Dərmanı artıq ondan çox ölkə də sifariş edib. Klinik sınaqlara görə dərman dünyanın ən perspektivli preparatlarından biridir.
Koronavirus: Çində vaksin uğurla sınaqdan keçdi, Rusiyada dərman xəstəxanalara verildi