EURO 2,0771 NEFT 73,79
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:02.08.2017 17:24:30

Həddən artıq isti havadan birdən-birə kondisioner işləyən otağa daxil olmaq da infarkt riskini artırır.

"İsti havalarda kondisioner istifadəsində yol verilən yanlışlıqlar və maye itirilməsi ürək infarktına yol aça bilər".

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyəli professor Asuman Kaftan açıqlayıb.

O, çox isti və soyuq havada beyində olan istilk mərkəzində balansın pozulduğunu, bütün orqanların iş yükünün artdığını, orqanların funksiyalarında dəyişikliyin baş verdiyini deyib.

Professor bu təsirlərə qarşı yaşlıların daha diqqətli olmasının vacibliyini vurğulayıb. O, ürək-damarsistemində narahatlıq olan şəxslərin maye itkisinə qarşı diqqətli olmalarının vacibliyini bildirib: "İtirilən maye əvəzlənmədiyi halda orqanizmdə balans pozulacaq və o siqnal verməyə başlayacaq. Maye itkisi damar yatağının içərisində qanın axmasına təsir edərək ürək infarktına yol açır. Buna görə bol maye qəbul etmək lazımdır. Gün ərzində iki butulkanı keçməmək şərtilə mineral su istifadə olunmalıdır. Təzyiqi, ciddi ürək çatışmazlığı olanlar su içməklə itirilən mayenin yerini doldura bilərlər".

Professor bildirib ki, həddən artıq isti havadan birdən-birə kondisioner işləyən otağa daxil olmaq da infarkt riskini artırır. Onun sözlərinə görə, ürək xəstələri kondisioner olan otaqlarda havanın temperaturunu otaq temperaturundan aşağı etməməlidirlər: "İsti havada orqanizmdə olan termostat sistemi vücud istiliyini balansda saxlamaq üçün damarları genişləndirir. Birdən-birə soyuq yerə daxil olduqda isə tam əksinə bir mexanizm dövriyyəyə daxil olaraq damarlarda yığılmaya səbəb olur".

Hərarəti düşürdüyü üçün çay içilməsinə qarşı olmayan həkim, sidikqovucu olması səbəbindən bu içkini içənlərə daha çox maye qəbul etməyi tövsiyə edib.


Kondisioner işlədənlər diqqət: İNFARKT RİSKİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda bir il ərzində rekord sayda terror dəstəsi məhv edilib
    İranda bir il ərzində 300 terror qruplaşmasının məhv edilməsilə bağlı İranın təhlükəsizlik naziri açıqlama yayıb
     25.04.2018
    Ermənistan: Yerevan sakinləri yenidən küçələrə axışdılar
    Yerevanda Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının siyasi səhnədən çəkilməsi tələbilə minlərlə insan yenə küçələrə çıxmağa başlayıb
     25.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ