Ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən bir qədər çox olub.

2020-ci ildə məşğul əhali sayının 48,2 faizini qadınlar (2351,5 min nəfər), 51,8 faizini (2525,1 min nəfər) kişilər təşkil edib.
İslamazeri.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında qeyd edilib. Eyni zamanda ötən il işsiz əhali sayının 57,5 faizini (216,0 min nəfər), 42,5 faizini (159,9 min nəfər) kişilər təşkil edib.
2020-ci ildə iqtisadi fəal əhalinin 48,9 faizi (2567,5 min nəfər) qadınlar, 51,1 faizi (2685,0 min nəfər) kişilər olub.
Ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən bir qədər çox olub.
2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı kişilər üçün 830,2 manat, qadınlar üçün 525,6 manat olub. Qadınların orta aylıq nominal əməkhaqqının kişilərin orta aylıq nominal əməkhaqqına nisbəti 6,3 faiz olub.
Komitə: İşsiz əhalinin çox hissəsini qadınlar təşkil edir