EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262

Vladimir Zelenski kimdir?

Vladimir Zelenski kimdir?

Vladimir Zelenski 1978-ci ilin yanvarın 25-də Ukraynanın Krivoy Roq şəhərində anadan olub. Atası texnika elmləri doktoru, ali məktəb müəllimi, anası evdar qadındır.

Vladimir orta məktəbin birinci sinfini atasının işlədiyi Monqolustanda bitirib, sonra Krivoy Roqda ingilis dili təmayüllü gimnaziyada təhsil alıb.

Zelenski orta məktəbdə dərnək tamaşalarında fəal iştirakı, yerli ansamblda gitara çalması ilə fərqlənib, orada şən və hazırcavablar klubu (KVN) yaradıb, şəhərin analoji klubunda çıxış edib.

Vladimir Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib, ancaq heç vaxt öz ixtisası üzrə işləməyib. 1997-ci ildə “95-ci kvartal” KVN yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şouya aparıcılıq edib.

Bundan əlavə, Zelenski 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.

2019-cu ildə Ukraynanın prezidenti seçilib.

Vladimir Zelenski 2003-cü ildən ailəlidir, bir qızı, bir oğlu var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ