EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265

Vahid Əliyev kimdir?

Vahid Əliyev kimdir?

Həyatı


Vahid Əli oğlu Əliyev 19 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1986-cı illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil almış, daha sonra Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Akademiyasını və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1990-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı kəşfiyyat alayında xidmət etmiş, 1991-1996-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi idarədə Əməliyyat müvəkkili, şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi, 1996-1997-ci illərdə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik nazirinin müavini, 1997-2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri vəziflərində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.

 

Hərbi xidmət dövrü


1990 - 1991, SSRİ SQ-nin Xüsusi təyinatlı kəşfiyyat alayı
1991 - 1996, AR Prezidenti yanında Xüsusi idarə, Əməliyyat müvəkkili, Şöbə rəisi
03.1996 - 11.1996, Naxçıvan MR Xüsusi İdarə, Rəis
1996 - 1997, Naxçıvan MR Milli Təhlükəsizlik nazirliyi, Nazirin müavini
1997 - 2002, Naxçıvan MR Milli Təhlükəsizlik nazirliyi, Nazir
12.04.2002 - 01.06.2017, Azərbaycan Respublikası Prezidentinin Köməkçisi
29.11.2012 - 01.06.2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ