EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272

Eldayaq Huseynov kimdir?

Hacı Eldayaq Huseynov kimdir?

Hacı Eldayaq Huseynov 1 iyun 1985-ci il Saatlı rayonunun Xanlar kəndində Ziyalı bir ailədə dünyaya göz açmışdır. 1992-2003-cü il aralığında Saatlı rayonunun Xanlar kəndində İkram Ağayev adına orta məktəbdə təhsil almışdır. Ruhani ailəsində dünyaya gəldiyinə görə uşaq yaşlarından İslam dininə marağ və sevgisi olmuşdur. İlk dini təhsilini öz atası Hacı Natiqdən almışdır və 1996-cı ildən orta təhsillə yanaşı parallel olaraq İmam Muhəmməd Baqir (ə) adına dini mədrəsədə 2003-cü ilə qədər təhsil almışdır. Paralel təhsil almasına baxmayaraq hər iki təhsil müəssisəsində nümunəvi tələbə kimi təhsilini başa vurmuşdur.

Həmin ildə Bakı İslam Universitetinin Dinşunaslıq fakultəsinə qiyabi olaraq qəbul olunmuşdur. Qiyabi təhsil aldığına görə təhsil müddəti ərzində Hərbi xidmətə getmişdir. 2005-ci il hərbi xidməti bitirdikdən sonra həmin ilin yanvar ayından etibarən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən İmam Cəfər Sadiq (ə) adına olan mədrəsədə, Dinşunaslıq (Sərf, Nəhv, Məntiq-fəlsəfə, Üsul, Fiqh, Əxlaq, Əqaid,Əhkam, Tarix) və Dilşunaslıq (ərəb-fars dilləri) üzrə tədrislə məşğul olur və hal hazırda davam etməkdədir. 
2008-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə tərəfindən Xəzər rayonu Binə qəsəbəsində yerləşən İmam Həsən (ə) adına olan məscidə Axund (imam) təyin edilmişdir.

Gəldiyi ilk günlərdən etibarən apardığı dini tədris və təbliğatı, mülayim xasiyyəti ilə məscid əhli və kənd sakinlərinə göstərdiyi münasibət və qayğı sayəsində qısa bir müddətdə hamının hörmət və rəğbətini qazanmışdır. 
Hacı Eldayaq Huseynov İmam Həsən (ə) məscidində İslam dininə xas olan əlamətdar tədbirlərin keçirilməsində və ümumi dini təbliğat işlərində xüsusi işlər görmüşdür. Hacının uğurlu təşkilatçılığı nəticəsində hər il Fitr və Qurban bayramlarında İmam Həsən Məscidi adından qurbanlıq qoyunlar kəsilərək yoxsul və imkansız ailələrə ərzaq və pul yardımı edilir.

Bununla yanaşı il boyu mütəmadi olaraq ehtiyyacı olan imkansız ailələrə dərman alınmasında və yüngül əməliyyatlar zamanı maddi köməklik edilir. 
Həftənin Cümə günləri İmam Həsən Məscidində Hacı Eldayaq Huseynov tərəfindən deyilən xütbələrdə və həmçinin məsciddə təşgil olunan digər əlamətdar tədbirlərdə iştirak etmək üçün Binə qəsəbəsinə Bakının ətraf kəndlərindən və hətta Azərbaycanın digər bölgələrindən insanlar gəlir. Hacı Eldayaq Huseynovun başçılığı və nəzarəti ilə məscidin icma üzvlərinin bir sıra ictimai-sosial təbliğat işləri nəticəsində İmam Həsən Məscidi Bakı şəhərində ən çox tanınan məscidlər sırasında yer almaqdadır. (Ruhaninin rəsmi Facebook səhifəsindən)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ