Ayətullah Şəhristani kimdir?

Ayətullah Seyid Cavad Şəhristani kimdir?

Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi və Beynəlxalq  Alulbeyt təşkilatının baş katibi Seyid Cavad Şəhristani kimdir?

 O, 1954-cü ildə İraqın Kərbəla şəhərində dünyaya gəlib

Atası  dövrün böyük alimlərindən Seyid Əbdülrza Şəhristanidir

Orta  təhsilini Kərbəlada alıb,  sonra isə  islam elmlərinin mərkəzi olan Nəcəfdə ali təhsilini davam edib.

Nəcəfdə Bəəs rejiminə qarşı etirazlara qoşulduğuna görə, barəsində axtarış elan olunduqdan sonra İranin Məşhəd şəhərinə keçərək Mirzə Əli Ağa Fəlsəfi kimi böyük ustadların ictihad dərslərinə qatılıb.

Daha sonra Qum şəhərinə gedərək siyasətdən uzaq mədəni fəaliyyətə başlayıb.

Xüsusilə “İslam mirasının yaşadılması” istiqamətində araşdırma və yayımçılıq mərkəzləri təsis edib.

Yüksək dini təhsil almaqla yanaşı, “İrşad” jurnalını ilk dəfə məhz Ayətullah Şəhristani nəşr etməyə başlayıb.

Mühəqqiq Təbətabainin dəstəyilə “Sərayə” jurnalını da bir az sonra nəşr etdirir.

İslami əsərlər mövzusunda mütəxxəsis yazarlarin hazırladığı jurnal, 20 ildən artıqdır fəaliyyət göstərir.

Ayətullah Üzma Seyid Sistani mərcəiyyətə seçildikdən sonra, Ayətullah Şəhristani bütün dünyada onun tam səlahiyyətli yeganə nümayəndəsi olaraq təyin edilir.

Ayətullah Şəhristani bundan sonra bir çox ölkədə, siyasətdən uzaq fəaliyyətlərə başlayır.

Dini təhsil alan tələbələr üçün kitabxanalar açmaqla yanaşı, imkansız insanlara xəstəxanalar da tikilməsində rolu olub.

Dini təhsil alan 100 mindən çox tələbəyə Ayətullah Sistani tərəfindən verilən təqaüd proqramına  Ayətullah Şəhristani nəzarət edir.

Bundan başqa o imkansiz tələbələrə yüzlərlə ev verib.

Ayətullah Şəhristaninin  rəhbərlik etdiyi qurumlar Rusiya, İngiltərə, Hollandiya, İspaniya, Almaniya, Gürcüstan, Türkiyə, İraq, Pakistan, Hindistan, Malayziya, Küveyt, BƏƏ, Suriya, Livan kimi bir çox ölkələrdə mədəni fəaliyyətə davam etməkdədir.

“Cavadul-Əimmə” əngəlli vətəndaşlara yardım mərkəzini təsis edən Seyid Şəhristani Əfqanıstan, Pakistan kimi ölkələrdə ehtiyaclı müsəlmanlara yardım etməkdədir.

Uşaqların düzgün maariflənməsi üçün 3 dildə “Hud Hud” telekanalı da məhz Ayətullah Şəhrsitani tərəfindən qurulub

Sünni-şiə vəhdətinə çox önəm verən Ayətullah Şəhristani, iki məzhəbin istifadə edə biləcəyi  kitabxanalar da təsis etmişdir.

Ailəlidir, 4 qizi, 1 oğlu var.

Ayətullah Sistaninin kürəkənidir, bir qızı mərhum İmam Xomeyninin nəvəsi Seyid Əli Xomeyni ilə ailə qurub.

Mərcəi təqlid Ayətullah Ərdəbilinin oğlu Əli Ərdəbili, Ayətullah Xoinin nəvəsi Fəqih İmani və Yəzdin böyük alimlərindən Seyid Əlirza Heydərinin oğlu Muhəmməd digər kürəkənləridir.

Seyid Cavad Şəhristani dövrümüzdə islam dünyasının  ən nüfuzlu şəxslərindəndir.  

Media, təşkilati və digər təbliğ işləri qeyd etdiklərimizdən daha çoxdur.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ