İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna rəsmilərinin Tehranı ittiham etməsinə münasibət bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında gündəmi dəyərləndirib.
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, Kənani Ukrayna prezidenti Volodimir Zelenskinin İranla bağlı iddialarına reaksiya verərək bildirib:
"Xarici İşlər Nazirliyi və ölkə rəsmiləri İran PUA-ları ilə bağlı dəfələrlə mövqe nümayiş etdiriblər. İranı günahlandırmaq Ukrayna xalqına və ölkə rəhbərlərinə heç bir xeyir verməyəcək. Bildirmək istərdim ki, İran Ukrayna müharibəsinin bir hissəsi deyil. Biz böhranın həllinə və bu ölkədə sülhün bərqərar olmasına kömək etməyə hazırıq.
Biz Ukrayna hakimiyyətinin təhdidlərini məsuliyyətsizlik hesab edirik. Təhdid xarakterli bəyanatların siyasi və hüquqi nəticələrinə görə məsuliyyət Ukrayna tərəfinin üzərinə düşür".