Kəmaləddin Heydərov Macarıstan səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Macarıstan səfiri ilə görüşüb
Yayınlanma tarixi: 13.12.2022 15:09:46

Dekabrın 13-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Macarıstanın Azərbaycan Respublikasında yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov qonağı səmimi salamlayaraq, Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir iki ölkə arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib. Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə geniş məlumat verən K.Heydərov qarşılıqlı səfərlərin, iki ölkənin müvafiq tədris müəssisələrində müstəxəssislər üçün təlim kurslarının təşkil edilməsinin əlaqələrin inkişafı baxımından faydalı olduğunu vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Tamaş Yojef Torma Azərbaycanla Macarıstan arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumların əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir bu istiqamətdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş"in iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti qeyd olunub, birgə təlimlərin təşkili, fövqəladə halların, o cümlədən sel və daşqınların idarə edilməsi üzrə təcrübə mübadiləsinin aparılması və digər məsələlər geniş müzakirə olunub.

GÜNÜN MANŞETLERİ