Kəlbəcəri atəşə tutan Ermənistana adekvat cavab tədbirləri görülüb

Kəlbəcəri atəşə tutan Ermənistana adekvat cavab tədbirləri görülüb
Yayınlanma tarixi: 4.12.2022 12:28:47

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

İslamazeri.com xəbər verir ki, dekabrın 4-u saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

GÜNÜN MANŞETLERİ