Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb

Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb
Yayınlanma tarixi: 12/14/2022 8:15:07 PM

Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.

İslamazeri.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.

Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM